Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2009 08:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economcs. Bu gün Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, MSN-in «Üfiq» İstehsalat Birliyinin «Radioquraşdırma» zavodunda keçirilən tədbirə nazirliyin bütün strukturlarının əməkdaşları, həmçinin Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev qatılıb. Öncə qonaqlara «Radioquraşdırma» zavodunun istehsalat prosesi və burada istehsal edilən silah və sursatlar nümayiş olunub.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Nazir bildirib ki, yarandığı 2005-ci ildən MSN bir sıra uğura imza atıb. Milli potensial hesabına bir sıra müdafiə təyinatlı məmulatın yaradılması və istehsalına başlanıb: «MSN-in əsas vəzifəsi ölkənin xaricdən müdafiə məhsullarına olan asılılığının azaldılmasıdır. Dövlət başçısının şəxsi diqqəti nəticəsində artıq biz bu sahədə müəyyən işləri reallaşdırmağa nail olmuşuq».

Y.Camalov bildirib ki, Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq ötən dövrdə MSN-in müəssisələri fəaliyyətlərini davam etdirib. Bununla yanaşı nazirliyin müəssisələrində bərpa-yenidənqurma işlərinin aparıldığını diqqətə çatdıran Y.Camalov müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni avadanlıqların alınıb ölkəyə gətirildiyini qeyd edib.

«Müəssisələrin bərpası eyni zamanda yeni iş yerlərinin yaradılması deməkdir. Bununla bağlı proqramlarımız var. Son 3 ildə yüzlərlə yeni dəzgah alınıb, köhnə avadanlıq yenilənib, 21 müəssisədə yenidənqurma işləri həyata keçirilib», - deyə nazir əlavə edib.

Daha sonra müdafiə sənayesinin inkişafında fərqlənmiş MSN-in, habelə nazirliyin tabeçiliyində olan müəssisələrin əməkdaşlarına mükafatlar təqdim olunub.

Qeyd edək ki, MSN-in əməkdaşları peşə bayramları ilə əlaqədar olaraq bu gün həmçinin Fəxri Xiyabanında Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR