Bank Of Baku

«Azərenerji» ASC: «Azərbaycanın enerji sistemində ötürücü şəbəkələr qışa tam hazırdır»

«Azərenerji» ASC: «Azərbaycanın enerji sistemində ötürücü şəbəkələr qışa tam hazırdır»
# 17 dekabr 2009 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın enerji sistemində ötürücü şəbəkələr qışa tam hazır vəziyyətdədir. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətindən bildirilib ki, cari ilin ötən dövründə həyata keçirilmiş tədbirlər nəticəsində ötürücü şəbəkələrdə xətt açılmalarının statistikasında 30-40% azalma qeydə alınıb.

Ümumilikdə, il ərzində 35 KV-luq və daha yüksək gərginlikli xətlərdə 25 min izalyator dəyişdirilib, 110-dan artıq transformator məntəqəsində yenidənqurma işləri aparılıb. Bütün şəbəkə rayonlarında transformator ehtiyatı yaradılıb.

«Azərenerji»dən həmçinin bildirilib ki, paralel olaraq aşağı gərginlikli şəbəkələrdə də yenidənqurma işləri davam etdirilir. Bu şəbəkələr üzrə 0,4 KV-luq naqillər SİP kabellərlə əvəzlənir. Bununla yanaşı, «smart kart» tipli sayğacların quraşdırılmasına başlanıb ki, əvvəlcə bu sayğaclar rayon mərkəzlərində quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR