Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib

ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib
# 17 dekabr 2009 15:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər proqramına Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət etməklə başlayan R.Abdullayev sonra Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyinə və Mirzə Fətəli Axundovun ev-muzeyinə baş çəkib, orada aparılan bərpa işləri ilə tanış olub.

Qeyd edək ki, M.F.Axundov adına muzey Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin balansına keçib. Muzeyin bərpası başa çatdıqdan sonra burada Mədəniyyət Mərkəzi, xalçaçılıq məktəbi və tar kursu fəaliyyət göstərəcək.

Bu gün Tiflisdə yeni yanacaqdoldurma məntəqəsinin açılışı da olub. Açılışda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Sərmayədarlar İdarəsinin rəhbəri Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər. Yeni yanacaqdoldurma məntəqəsində 15 nəfər işlə təmin edilib, burada kafe, market də açılıb. R.Abdullayev ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin yeni tikilən inzibati binasına da baxış keçirib. Həmin binanın 2010-cu ildə istifadəyə veriləcəyi planlaşdırılır.

ARDNŞ prezidenti APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, Gürcüstana səfərdə məqsədi həyata keçirilən investisiya layihələrinin yoxlanması, yeni qaz distribütor mərkəzlərinin həyata keçirilməsi və yanacaqdoldurma məntəqəsinin açılışında iştirak etməkdir: “İndi açdığımız yanacaq doldurma məntəqəsi sayca 28-cidir. Gürcüstan bizim strateji tərəfdaşımız, eyni zamanda yaxşı qonşumuzdur. Ona görə biz bu ölkəyə ən böyük investisiyalar qoyuruq ki, burada yaşayan soydaşlarımızın da rifahı, sosial həyat tərzi yaxşılaşsın. Bu, Azərbaycan rəhbərliyinin istəyidir. Bu ilin axırınadək Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayı 32-yə çatacaq. Gələn ilin axırında isə bu ölkədə 60 yanacaq doldurma məntəqəsi olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR