Bank Of Baku

Azərbaycan Milli Aerokosmik Agentliyinin müəssisələrində istehsal imkanları genişləndiriləcək

Azərbaycan Milli Aerokosmik Agentliyinin müəssisələrində istehsal imkanları genişləndiriləcək
# 18 dekabr 2009 07:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Kosmik sənayenin yaradılması və inkişafı Proqramı» çərçivəsində Milli Aerokosmik Agentliyin (MAKA) bir sıra zavodunda istehsal imkanlarının genişləndirilməsi və bəzi texnologiyaların istehsalı nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Artıq proqramın icrası üçün MAKA-nın 4 illik (2010-2014) fəaliyyət planı hazırlanıb və bu sənəddə Agentliyin Kosmik Cihazqayırma Təcrübi Zavodu, Kosmik Məlumatların Qəbuledici Kompleksi və digər müəssisələrin imkanlarının genişləndirilməsi əksini tapıb. Fəaliyyət planına uyğun olaraq, yaxın perspektivdə Agentliyin Kosmik Cihazqayırma Təcrübi Zavodunda nanoelektronika sahəsinin yaradılması planlaşdırılır. Kosmik sənayenin inkişafı ilə əlaqədar olaraq Kosmik Məlumatların Qəbuledici Kompleksi üçün yeni avadanlıqların alınıb ölkəyə gətirilməsi istiqamətində müzakirələr aparılır. Bu avadanlıqlar vasitəsi ilə kiçik ölçülü obyektləri, həmçinin dəyişən hərəkətləri izləmək mümkün olacaq.

Nazirlikdən o da bildirilib ki, gələcək planlar arasında mini və mikro peyklərin yaradılması və istismara qəbul olunması da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR