Bank Of Baku

Bu il Bakı-Ceyhan boru kəməri ilə 1,7 mln. ton Qazaxıstan nefti nəql edilib

Bu il Bakı-Ceyhan boru kəməri ilə 1,7 mln. ton Qazaxıstan nefti nəql edilib
# 18 dekabr 2009 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 46,5 mln. ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində kəmər vasitəsilə 35,2 mln. ton neft ötürülüb. Bununla yanaşı hesabat dövründə BTC kəməri ilə 1,7 mln. ton Qazaxıstan nefti nəql edilib.

Bundan başqa, 2009-cu ilin ilk on bir ayı ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 10,5 mln. ton qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 4,7 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR