Bank Of Baku

Həştərxan Azərbaycanın sənaye təcrübəsindən istifadə edəcək

Həştərxan Azərbaycanın sənaye təcrübəsindən istifadə edəcək
# 18 dekabr 2009 13:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rusiyanın Həştərxan vilayəti Azərbaycanın sənaye sahəsində birgə fəaliyyət göstərmək və ölkənin zəngin təcrübəsindən istifadə etmək niyyətindədir.

APA-Economics”in məlumatına görə, bunu Rusiyanın Həştərxan vilayətinin sənaye və təbii ehtiyatlar naziri Yuri Maxoşvili bildirib.

Y.Maxoşvilinin sözlərinə görə, Həştərxan Azərbaycanın yod istehsalı sahəsində təcrübəsindən bəhrələnməyi, enerjiyə qənaət mexanizmlərindən istifadə etməyi və bu sahədə yerli təcrübə ilə tanış olmağı planlaşdırır.

Eyni zamanda Azərbaycanın hidrogen xammalının emalı sahəsində zəngin təcrübəsini nəzərə alaraq Həştərxan ölkədə istifadə edilən yeni texnologiyalardan istifadə etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR