Bank Of Baku

Səfir: İranın Azərbaycandan aldığı qazın ildə 5 mlrd. kubmetrə çatdırılması üçün yeni qaz kəməri çəkilməlidir - EKSKLÜZİV

Səfir: İranın Azərbaycandan aldığı qazın ildə 5 mlrd. kubmetrə çatdırılması üçün yeni qaz kəməri çəkilməlidir - <font color=red>EKSKLÜZİV</font>
# 18 dekabr 2009 14:25 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib.

Səfir İran və Azərbaycan dövlətlərinin və xalqlarının bir-birinə bütün ölkələrdən yaxın olduğunu bildirib: “Buna sübut kimi İranın və Azərbaycanın dini, tarixi, mədəni və dil cəhətdən müştərək əlaqələrə malik olması, İranda 30 milyondan artıq azərbaycanlının yaşamasıdır. Biz həm həmsərhəd olduğumuz üçün, həm də qonşuluq əlaqələrimizi nəzərə alaraq Azərbaycandan qaz alırıq. Bu, həm İran üçün, həm də Azərbaycan üçün sərfəlidir”.

Diplomat qeyd edib ki, hazırda İran Azərbaycandan aldığı qazın ildə 5 mlrd. kubmetrə çatdırılmasını təklif edir: “Bunun həyata keçirilməsi üçün İran və Azərbaycan arasında yeni qaz kəmərinin çəkilməsi zəruridir. Azərbaycandan alınan qazın bir hissəsi yenə Naxçıvana veriləcək, qalan hissəsi də İranın daxili ehtiyaclarına sərf olunacaq və heç bir üçüncü ölkəyə verilməyəcək”.

M.Bəhrami Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana son rəsmi səfərinin iki ölkənin əlaqələrinin bütün sahələrdə inkişafı və möhkəmlənməsi baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR