Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən sənaye məhsulları 23,5% ucuzlaşıb

Azərbaycanda ilin əvvəlindən sənaye məhsulları 23,5% ucuzlaşıb
# 18 dekabr 2009 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 5,5% artıb, yanvar-noyabr aylarında isə 2008-ci ilin müvafiq dövrünə nisbətən 23,5% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 106,8% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 6,8% artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 2,4% azalıb.
Noyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 7,8%, emal sənayesinin digər sahələri üzrə 1,5%, kimya sənayesi üzrə 0,9%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 0,3%, sellüloz-kağız istehsalı və nəşriyyat işi üzrə 0,2% bahalaşıb, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 5,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,3%, oduncaqların emalı və ağacdan məmulatların istehsalı üzrə 1,9%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə 0,4%, maşın və avadanlıqların istehsalı üzrə 0,3% ucuzlaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsalçı qiymətləri 100% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR