Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Kopenhagendə iqlim dəyişiklikləri ilə bağlı keçirilən sammitdə iştirak edib

Azərbaycan Dövlət Neft Şirkəti Kopenhagendə iqlim dəyişiklikləri ilə bağlı keçirilən sammitdə iştirak edib
# 19 dekabr 2009 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Kopenhagendə (Danimarka) iqlim dəyişikliklərinə həsr olunmuş sammitdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Şirkətin (ARDNŞ) Ekologiya İdarəsinin rəisi Azər Əliyev də iştirak edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 192 ölkənin qatıldığı sammitin əsas məqsədi BMT tərəfindən 1997-ci ildə qəbul olunmuş Kioto protokolunu əvəz edən beynəlxalq Kopenhagen sənədini işləyib hazırlamaq olub.

Şirkətdən bildirib ki, artıq neçə ildir ki, ARDNŞ Kioto protokolunun TİM layihələri çərçivəsində bir neçə layihəni könüllü olaraq həyata keçirmək üzrədir.

Qeyd edək ki, Kopenhagen sənədi 2012-ci ildə müddəti başa çatan Kioto Protokolunu əvəz etməlidir. Amma bütün ümidlərə baxmayaraq, iştirakçı ölkələr arasında böyük parçalanma var və bu fikir ayrılığı Kioto protokolundan yox, 1992-ci ildə Rio de Janeyroda başlamış proseslərdən qaynaqlanır. Rio de Janeyrodakı «Yer Kürəsi» mövzusuna həsr olunmuş sammit dünyanın iqlimin dəyişilməsinə və temperaturun artmasına reaksiyanın başlanğıcı idi. Burada toplaşan siyasi liderlər saziş imzalayaraq onu BMT-nin iqlim dəyişikliyi ilə bağlı deklarasiyası adlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR