Bank Of Baku

Azərbaycandakı mədən ərazilərində yerləşən tarixi abidələr haqqında məlumatların təqdimatı keçiriləcək

Azərbaycandakı mədən ərazilərində yerləşən tarixi abidələr haqqında məlumatların təqdimatı keçiriləcək
# 19 dekabr 2009 07:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayının 22-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən neft-qaz mədən ərazilərində yerləşən tarixi abidələr haqqında toplanmış məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat keçiriləcək.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təqdimatın keçirilməsində əsas məqsəd tarixi abidələrin aşkara çıxarılması və mühafizə edilməsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin diqqətini cəlb etmək və bu istiqamətdə geniş müzakirələr aparmaqdır. Təqdimatda tarixi abidələrin yerləşdiyi rayonların rəhbər işçiləri, müvafiq neftqazçıxarma idarələrinin mütəxəssisləri, eləcə də QHT nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ARDNŞ-in muzey işinin təşkili şöbəsi və Ekologiya İdarəsi əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının mədən ərazilərində yerləşən arxeoloji və tarixi abidələrin hansı dövrdə inşa olunması, harada yerləşməsi, onların faktiki vəziyyətinin öyrənilməsi və araşdırılması məqsədi ilə ekoloji monitorinq keçirilib.

Monitorinqin əhatə etdiyi arxeoloji və tarixi abidələrin sırasında XIX əsrdə inşa edilmış Pirallahı adasında yerləşən Mayak, «AzGerneft» Əməliyyat Şirkətinin ərazisində olan XIV əsrə aid Ramana Qalası, Xəlifə Əli məscidi, Binəqədi kəndindəki 75 min yaşı olan Qır gölü heyvanat qəbristanlığı, Suraxanı müsallah yeri, Usta-Şagird Məqbərəsi və digər obyektlər xüsusi maraq doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR