Bank Of Baku

BP işçilərinə kompensasiya ödəyəcək

BP işçilərinə kompensasiya ödəyəcək
# 19 dekabr 2009 12:05 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Federal Məhkəməsi BP neft şirkətinin 100 mln. Dollardan artıq məbləğdə kompensasiyanın 10 işçiyə ödənilməsinə dair qərar qəbul edib. APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, kompensasiya şirkətin Texas Siti şəhərində yerləşən zavodunda 2007-ci ildə toksik maddələrin sızması faktı nəticəsində işçilərin zəhərlənməsi ilə bağlı ödəniləcək.

Şikayətlə məhkəməyə müraciət edən işçilərin hər biri 10 mln. dollar, həmçinin mənəvi zərər və tibbi xidmətlərin göstərilməsi üçün kompensasiya alacaq. Belə ki, 9 işçiyə əlavə olaraq 10 min dollar, sonuncuya isə 240 min dollar ödəniləcək.

BP şirkətinin rəsmiləri isə öz növbəsində əhkəmənin qərarı ilə razı deyil və apellyasiya şikayəti ilə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, BP dünyanın ən iri neft şirkətlərindən biridir və hazırda kapitallaşma səviyyəsi 103 mlrd. funt sterlinqdən (təxminən 140 mlrd. manat) artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR