Bank Of Baku

Azərbaycan bu il 280 kq qızıl hasil edib

Azərbaycan bu il 280 kq qızıl hasil edib
# 21 dekabr 2009 06:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 15 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünü 12,4% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-noyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 38,6 mln. ton və ya 17% çox neft, 9,1 mlrd. kubmetr və ya 12% çox əmtəəlik təbii qaz hasil edilib. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 0,9% artırıb.

Bununla yanaşı, hasilatına bu il başlanmış qızılın çıxarılması ötən aylar ərzində mədənlərdən 277 kq təşkil edib.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 11 ay ərzində 2,9 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 731,4 min ton tikinti qumu və s. istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR