Bank Of Baku

Azərbaycanın sənaye sektorunda yığılan hazır məhsul ehtiyatının 14%-i neft emalı müəssisələrinin payına düşür

Azərbaycanın sənaye sektorunda yığılan hazır məhsul ehtiyatının 14%-i neft emalı müəssisələrinin payına düşür
# 21 dekabr 2009 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində 1 214,2 mln. manatlıq məhsul buraxılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövr ərzində 1,132 mln. ton avtomobil benzini, 562,2 min ton ağ neft, 2 139,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil yollarının çəkilişi üçün mühüm əhəmiyyətə malik olan neft bitumunun istehsalı isə yanvar-noyabr aylarında 13,1% artaraq 224,3 min ton təşkil edib.

Neft emalı müəssisələrinin anbarlarında 32,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,2%-i qədər hazır məhsul olub.

Qeyd edək ki, 2009-cu il dekabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 17,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,8% çox avtomobil benzini, 6,9 min ton və ya 2,3 dəfə çox daş kömür, 19 min ton və ya 34,7% çox dizel yanacağı, 1,5 min ton və ya 25% çox maye qaz, 4 min ton və ya 11,1% çox neftbitum, 340,9 min ton və ya 4,7% az mazut yanacağı ehtiyatları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR