Bank Of Baku

Azərbaycan yanvar-noyabr aylarında xam neft ixracını 3 dəfə azaldıb

Azərbaycan yanvar-noyabr aylarında xam neft ixracını 3 dəfə azaldıb
# 21 dekabr 2009 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 10 700 483,9 min ABŞ dolları dəyərində 25 575 334,6 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xam neftin 2 344 730 tonu Bakı-Novorossiysk, 3 856 983,5 tonu Bakı-Supsa, 31 951 468,9 tonu Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərləri, 1 284 657,7 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb. Hesabat dövründə Bakı-Novorossiysk kəməri ilə ixrac edilmiş neftin həcmi 80,2%, Bakı-Supsa kəməri ilə 10,2 dəfə, BTC ilə 12,1% artıb. Dəmir yolu ilə ixrac edilmiş neftin həcmi isə 60,5% azalıb.

Ümumilikdə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xam neft ixracı 2,9 dəfə, bunun dəyəri isə 4 dəfə azalıb.

Xam neft tam şəkildə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR