Bank Of Baku

Azərbaycan neft emalı məhsullarının ixracını 11% artırıb

Azərbaycan neft emalı məhsullarının ixracını 11% artırıb
# 21 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 1 363 235,7 min dollar dəyərində 2 880 997,1 ton neft emalı məhsulları ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş neft məhsullarının həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artıb.

Neft məhsullarının 66,53%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 26,64%-i «Azərbaycan Hava Yolları» QSC-nin «Azəraeronaviqasiya» hava hərəkəti idarəsi, 3,97%-i «Azneftyağ» İstehsalat Birliyi, 1,77%-i isə «İlqar Ltd.» şirkəti tərəfindən ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR