Bank Of Baku

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 38% azalıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 38% azalıb
# 21 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın kimya sənayesində, rezin və plastik kütlə məmulatları istehsalı müəssisələri tərəfindən 146,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 38,3%, rezin və plastik kütlə məmulatları istehsalında isə 15% azalıb.

Əsas kimya məhsullarından azotun, propilenin, polietilenin, izopropil spirtinin istehsalı aşağı düşüb. Lak boya məmulatlarının istehsalında (8,2%), plastik vannaların (3,7%), plastik pəncərə qapaqlarının və jalüzlərin (68,4%) istehsalında isə artım müşahidə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR