Bank Of Baku

Sabah Bakının Sabunçu, Binəqədi və Nizami rayonlarına qaz verilməsində məhdudiyyət tətbiq olunacaq

Sabah Bakının Sabunçu, Binəqədi və Nizami rayonlarına qaz verilməsində məhdudiyyət tətbiq olunacaq
# 21 dekabr 2009 15:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah Bakı şəhərinin bəzi ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsində məhdudiyyət tətbiq olunacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətin yaydığı məlumata görə, Sabunçu rayonu “Maştağa” Qaz Paylayıcı Stansiyasından qidalanan “Maştağa-Bilgəh” və “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərlərində baş vermiş qaz sızmasının aradan qaldırılması məqsədilə dekabrın 22-si saat 10:00-dan 18:00-a qədər rayonun Albalılıq ərazisində və Maştağa qəsəbəsinin bir hissəsində təbii qazın nəqlində müvəqqəti məhdudiyyətlər olacaq.

Bundan əlavə, Binəqədi Qaz Tənzimləmə Məntəqəsindən 9-cu mikrorayona gedən 273 mm-lik qaz kəməri üzərində siyirtmə quraşdırılması ilə əlaqədar sabah saat 10:00-dan 16:00-a kimi 6, 7, 8, 9-cu mikrorayonlarda, eləcə də M.Ə.Rəsulzadə qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Nizami rayonunun N.Abdullayev, M.Ağayev, Q.Sadıx, A.S.Puşkin, Maarif və M.Ə.Sabir küçələrində həyətlərin içi ilə keçən qaz kəmərlərinin bayıra çıxarılaraq yenidən çəkilməsi, eləcə də mövcud sayğacların həyət və mənzillərdən küçəyə çıxarılması ilə əlaqədar dekabrın 22-si saat 10:00-dan etibarən həmin küçələrə təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

İşlər başa çatdıqdan sonra hər üç rayonda ərazilərin qaz təchizatı bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR