Bank Of Baku

Azərbaycan bu il traktor və televizor istehsalını artırıb

Azərbaycan bu il traktor və televizor istehsalını artırıb
# 22 dekabr 2009 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 158,7 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövr ərzində sahədə 1,5 min ton çuqun tökmə, 287,6 ton məftil, 1 539 ədəd alüminiumdan qapı və pəncərə blokları istehsal edilib.

Bundan başqa, hesabat dövründə maşın və avadanlıqların istehsalı, elektrik və elektron avadanlığı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 310,8 mln. manat olub. On bir ayda ölkədə traktor istehsalı 22,6% artıb və bu dövr ərzində 553 ədəd traktor istehsal edilərək istehlakçılara satılıb. Yanvar-noyabr aylarında 8 361 ədəd televizor istehsal olunmaqla 17,9% çoxalıb, kassa aparatlarının istehsalı isə ötən dövrlə müqayisədə artaraq 265 ədəd olub.

Qeyd edək ki, 2009-cu ilin dekabrın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 41 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17,8%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR