Bank Of Baku

Azərbaycan elektrik enerjisinin ixracını 12% azaldıb

Azərbaycan elektrik enerjisinin ixracını 12% azaldıb
# 22 dekabr 2009 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan 2009-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə 683,5 mln. kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş elektrik enerjisinin dəyəri 26 919,2 min ABŞ dolları təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,9% azalıb, dəyərində 4,2% artım olub.

Qeyd edək ki, Azərbaycan hazırda Türkiyə və Rusiyaya elektrik enerjisi ixrac edir, Gürcüstan, İran və Rusiyaya ilə enerji mübadiləsi aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR