Bank Of Baku

Azərbaycan yeni neft-qaz müqaviləsi bağlayıb - YENİLƏNİB

Azərbaycan yeni neft-qaz müqaviləsi bağlayıb - <font color=red>YENİLƏNİB</font>
# 22 dekabr 2009 12:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «Bahar Energy Ltd.» şirkətinin baş direktoru Riçard Makduqal imzalayıblar.

R.Abdullayev bildirib ki, bu müqavilə Azərbaycanın xarici şirkətlərlə imzaladığı 28-ci analoji kontraktdır. Rəhbərlik etdiyi şirkətin Azərbaycanın qaz ehtiyatlarını artırmağı qarşıya məqsəd qoyduğunu deyən R.Abdullayev bildirib ki, bu məqsədlə dənizdə kəşfiyyat istismar işləri aparılır. Hədəf isə qaz ehtiyatlarını yaxın bir neçə il ərzində daha 1 trln. kubmetr artırmaqdır.

R.Abdullayev qeyd edib ki, 2008-ci ildə «Bahar» yatağından 55 mln. ton neft və 105 mln. ton qaz hasil edilib. Hazırda «Bahar»da 25 mlrd. kubmetr həcmində qaz ehtiyatlarının olduğu proqnozlaşdırılır.

«Bahar Energy Ltd.» şirkətinin baş direktoru Riçard Makduqal isə bildirib ki, müqavilənin şərtlərinə uyğun olaraq 3 il ərzində 1 kəşfiyyat quyusu qazılacaq, ehtiyac yaranarsa, 4-cü ildə daha bir quyunun qazılması mümkündür. Ümumi müddəti 25 il olan və müddəti daha 5 il uzadıla biləcək müqavilənin birinci mərhələsində 50 quyu qazılacaq. Həmçinin, yataqdakı mövcud quyular bərpa ediləcək. Hesablamalara əsasən, birinci mərhələdə ARDNŞ 2,5 mlrd. dollar gəlir əldə edəcək. R.Makduqal rəhbərlik etdiyi şirkətin dənizdə işləmə təcrübəsi olduğunu da vurğulayıb.

ARDNŞ prezidenti isə qeyd edib ki, yataqların istismarı ARDNŞ-in ortaq şirkəti «Bahar Energy Ltd.» şirkəti (20%+80% pay bölgüsü) ilə birgə həyata keçiriləcək: «Layihənin birinci mərhələsində hasilat 2008-ci illə müqayisədə 1,5 dəfə artırmaq nəzərdə tutulur. Bu 3 ildə ARDNŞ-ə 170 min ton neft və 630 min ton qaz pulsuz veriləcək. Bütün dövr üzrə investisiyalar «Bahar Energy Ltd.» şirkəti tərəfindən həyata keçiriləcək».

R.Abdullayev həmçinin əlavə edib ki, layihə çərçivəsində ARDNŞ-ə bonusların ödənilməsi də nəzərdə tutulur. Müqavilə qüvvəyə mindiyi tarixdə ARDNŞ-ə 2 mln. dollar, işləmə proqramının təsdiqi tarixində 1 mln. dollar, hər 100 mln. barel karbohidrogen çıxarılması müqabilində 1 mln. dollar ödəniş var. Karbolhidrogenlərin kommersiya hasilatı başlanma tarixində 5 mln. dollar, istehsal həcmi 1,5 dəfə qalxandan sonra 2 mln. dollar bonus ödənişi var. Akrhesabı ödənişlər isə hər bir akra 2 min dollardır. Müqavilənin şərtlərinə görə, dövlətin payı 40%-dən başlayacaq və investisiya ödənişi başa çatanadək 90%-ə çatdırılacaq.

Qeyd edək ki, Abşeron yarımadasının cənubunda, Bakı şəhərindən 40 km cənub-şərqdə, Qum adasından 20 km cənubda yerləşən «Bahar» yatağı 1969-cu ildən mənimsənilir. Yataqdan bu günədək 16 833,6 min ton neft, 128 688 mln. kubmetr qaz hasil edilib. Vaxtilə «Bahar» yatağında 93 quyu olduğu halda, hazırda işlək fonda daxil olan quyuların sayı 16-ya enib. «Qum-dəniz» yatağı isə paytaxtdan 21 km cənub-şərqdə yerləşir. Yataqdan indiyədək 28 mln. 897,1 min ton neft, 26 mlrd. 995,3 mln. kubmetr qaz hasil olunub.

«Bahar Energy Ltd.» şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubaydakı «Cəbəl Ali Azad» ərazisində qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR