Bank Of Baku

Azərbaycan təbii qaz ixracını 2 dəfə artırıb

Azərbaycan təbii qaz ixracını 2 dəfə artırıb
# 22 dekabr 2009 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə 620 997,1 min kubmetr təbii qaz ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş təbii qazın dəyəri isə 115 607,2 min ABŞ dolları təşkil edib. Hesabat dövründə təbii qazın ixracında 2,1 dəfə, dəyərində isə 2 dəfə artım olub.

Qeyd edək ki, təbii qaz isə əsasən Türkiyə və Gürcüstana ixrac edilir. Yanvardan isə Rusiya və İrana qazın ixracına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR