Bank Of Baku

Rusiya və Türkmənistan qaz məsələsində razılığa gəlib

Rusiya və Türkmənistan qaz məsələsində razılığa gəlib
# 22 dekabr 2009 14:14 (UTC +04:00)
Bakı – APA-Economics. Aşqabadda Rusiya ilə Türkmənistan arasında energetika və maşınqayırma sahəsində strateji əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.

APA-Economics”in məlumatına görə, sazişi iki ölkənin prezidentləri Dmitri Medvedev və Qurbanqulu Berdımuhəmmədov imzalayıblar.

Bundan başqa, Rusiyanın “Qazprom” şirkəti və Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında 2003-cü ildə imzalanmış təbii qazın alqı-satqısına dair əsas müqaviləyə dəyişiklik və əlavələr edilib. Bu sənədi isə “Qazprom”un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev və “Türkmənqaz”ın rəhbəri Nuru Muhəmmədov imzalayıblar.

Beləliklə, 1 yanvar 2010-cu ildən türkmən qazının Rusiyaya satışı bərpa olunacaq. “Qazprom” ildə 30 mlrd. kubmetr türkmən qazı alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR