Bank Of Baku

Bakıda borclu abonentlərin qaz təchizatının dayandırılmasına başlanıb

Bakıda borclu abonentlərin qaz təchizatının dayandırılmasına başlanıb
# 22 dekabr 2009 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhəri Qaz İstismar İdarəsi borclu abonentlərin qaz təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, cari ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə 9 815 abonentin qaz təchizatı dayandırılıb. Onların istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcun ümumi məbləği 2 942 819,3 manat təşkil edib. O cümlədən Əzizbəyov rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1 630 abonentin 785 454,2 manat, Xətai rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1 330 abonentin 144 174,5 manat, Binəqədi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1356 abonentin 360 min 850,6 manat, Qaradağ rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 747 abonentin 118 310,1 manat, Nəsimi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 595 abonentin 117 279,6 manat, Yasamal rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 557 abonentin 260 360,8 manat debitor borcu yaranıb.

İdarə bəyan edib Ki, borclu abunəçilər borcları ödənilməyənə qədər mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. Bakı şəhəri Qaz İstismar İdarəsi bir daha abonentlərə xəbərdarlıq edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəməyəcəkləri təqdirdə, onların qaz təchizatı dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR