Bank Of Baku

Rusiya türkmən qazının qiymətini iki dəfə aşağı salmağa nail olub

Rusiya türkmən qazının qiymətini iki dəfə aşağı salmağa nail olub
# 23 dekabr 2009 09:12 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “Qazprom” şirkəti və Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında imzalanmış qaz alqı-satqısına dair müqavilənin detalları məlum olub.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, “Qazprom” hər min kubmetr qaza görə “Türkmənqaz”a 195 dollar ödəyəcək.

Xatırladaq ki, 2009-cu ilin yazında “Qazprom” türkmən qazını almaqdan imtina edib. Buna səbəb rəsmi Aşqabadın min kubmetr qaza görə 375,5 dollar tələb etməsi olub. Bu rəqəm “Qazprom”un Avropa İttifaqı ölkələrinə satdığı qazın qiymətindən baha olub. Beləliklə, Rusiya Türkmənistanın tələb etdiyi qiyməti iki dəfə aşağı salmağa nail olub.

Maraqlıdır ki, “Qazprom”un 2010-cu il büdcəsində türkmən qazının qiyməti 222 dollardan hesablanıb. Mütəxəssislərin fikrincə, göstərilən qiymətlə qaz almaq üçün “Qazprom” 2,3 mlrd. dollar xərcləməli olacaq, onun Avropaya satışından isə 2,9 mlrd. dollar gəlir əldə edəcək.

Rusiyanın qaz inhisarçısı 2010-cu ildə 11 mlrd. kubmetr türkmən qazı alacaq, yaxın illərdə isə bu rəqəmi 30 mlrd. kubmetrə çatdırmaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR