Bank Of Baku

Aleksandr Ageyev: “Azərbaycan enerjiyə qənaət sahəsində müşahidə olunan tendensiyaların tətbiqində 3-8 il gecikəcək”

Aleksandr Ageyev: “Azərbaycan enerjiyə qənaət sahəsində müşahidə olunan tendensiyaların tətbiqində 3-8 il gecikəcək”
# 24 dekabr 2009 11:37 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Dünyada enerjiyə qənaət sahəsində müşahidə olunan tendensiyaların tətbiqi sahəsində Azərbaycan Rusiya kimi 3-8 il gecikəcək.

APA-Economics”in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strategiya İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev bildirib.

A.Ageyevin sözlərinə görə, Rusiyada bu proses hazırda da müşahidə olunur: “Azərbaycanda da enerjiyə qənaət üzrə tendensiyalar bir neçə il gecikir”.

Eyni zamanda A.Ageyev neft və qaz qiymətlərinin bir-birinə bağlı olmadığını bildirib. O, bir neçə gün öncə Rusiya ilə Türkmənistan arasında bağlanan qazın alqı-satqısına dair müqavilədə Türkmənistan tərəfindən təqdim edilən aşağı qiymətlərin bu sahədə böyük təşvişə səbəb olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti və Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında imzalanmış qaz alqı-satqısına dair müqaviləyə əsasən, hər min kubmetr qazın qiyməti 195 dollar təşkil edir. Bu isə ötən il Türkmənistanın Rusiyaya təqdim etdiyi qiymətdən iki dəfə aşağıdır. Ötən il Rusiyaya türkmən qazının min kubmetrini 375,5 dollara almaq təklif edilib, lakin bu qiymət “Qazprom”un Avropa İttifaqı ölkələrinə satdığı qazın qiymətindən baha olduğu üçün təklif qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR