Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Liviyada nümayəndəlik açacaq

Azərbaycan Dövlət Neft Şirkəti Liviyada nümayəndəlik açacaq
# 24 dekabr 2009 13:57 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ildə Liviyada nümayəndəlik açmaq niyyətindədir. Bunu APA-ya açıqlamasında Azərbaycanın Liviyadakı müvəqqəti işlər vəkili Ağasəlim Şükürov bildirib.

A.Şükürovun sözlərinə görə, hələ 2008-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, 2009-cu ilin aprel ayında isə ARDNŞ-in I vitse-prezidenti Xoşbəxt Yusifzadənin başçılıq etdiyi nümayəndə heyətləri Liviyaya səfər edib. Səfərlər zamanı Liviya Milli Neft Şirkətinin rəhbərliyi və «Nortg Africa» geofiziki kəşfiyyat şirkətinin mütəxəssisləri ilə görüşlər keçirilib, neft sektorunda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Liviya xaricində neft sahəsinə sərmayə qoyuluşu və digər aktual məsələlər ətrafında danışıqlar aparılıb. Həmçinin, bu il Azərbaycan-Liviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ilk iclası keçirilib.

A.Şükürov əlavə edib Ki, hazırda Liviyada fəaliyyət göstərən bir neçə Böyük Britaniya və Almaniya şirkətlərində fərdi müqavilələr əsasında bir çox azərbaycanlı mütəxəssislər çalışır: «Bunu nəzərə alaraq, ARDNŞ gələn il Liviyada ofisini açmaq niyyətindədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR