Bank Of Baku

Azərbaycanda bir neçə yeni yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycanda bir neçə yeni yaşayış məntəqəsinə təbii qaz verilib
# 24 dekabr 2009 20:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın bir neçə rayonunda yeni yaşayış məntəqələrinə təbii qaz verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Şirkətin yaydığı məlumatda bildirilib ki, uzun müddətli fasilədən sonra bu günlərdə Xaçmaz rayonunun Mollaburhan və Qımılqışlaq kəndlərinə, Goranboy rayonunun Ağamalıoğlu kəndinə, Bərdə rayonunun Mollagüllər kəndinə, eləcə də İsmayıllı rayonunun Xəlilli kəndinə təbii qazın nəqli bərpa olunub.

Qeyd edək ki, Xaçmaz rayonunun Mollaburhan və Qımılqışlaq kəndlərinə qaz xətti 1989-cu ildə çəkilsə də, 1995-ci ildən müxtəlif səbəblər üzündən həmin kəndlərə qaz təchizatı dayandırılıb. Abonentlərin ümumi sayı 93 nəfər olan Mollaburhan kəndində 3 ədəd, 388 abonenti olan Qımılqışlaq kəndində isə 5 ədəd qaz tənzimləyici şkaf təmir edilərək işlək vəziyyətə gətirilib, kəndlərə daxil olan orta və aşağı təzyiqli qaz kəmərləri yoxlanılıb. Həmçinin cari ilin sonuna kimi Xaçmaz rayonun Müşkür və A.Məmmədov küçələrinin qazla təchizatı nəzərdə tutulub.

Goranboy rayonunda 388 abonent, Bərdə rayonunun Mollagüllər kəndində 80 abonent, İsmayıllı rayonunun Xəlilli kəndində isə 50 abonent təbii qazla təmin edilib. Yaxın günlərdə Goranboy rayonunda daha 55, Bərdə rayonunda isə 70 abonentə təbii qazın verilişi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR