Bank Of Baku

İran Azərbaycan qazının idxalını 4 dəfə artırmaq niyyətindədir

İran Azərbaycan qazının idxalını 4 dəfə artırmaq niyyətindədir
# 21 yanvar 2010 12:11 (UTC +04:00)
«APA-Economics»in «Tehran Times» qəzetinə istinadən verdiyi məlumata görə, bunu İran Milli Qaz İxracı Şirkətinin (National Iranian Gas Export Company - NIGEC) baş direktoru Seyid Rza Kəsaizadə bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda tərəflər bu istiqamətdə danışıqları davam etdirir.

S.R.Kəsaizadənin sözlərinə görə, yeni uzunmüddətli müqavilə İrana Azərbaycandan gündə 5 mln. kubmetr həcmimdə (ildə 1,8 mlrd. kubmetr) təbii qaz idxal etmək imkanı verəcək. Azərbaycandan idxal edilən qaz hesabına İran şimal regionlarının qaza olan tələbatını ödəmək fikrindədir.

Qeyd edək ki, NIGEC və ARDNŞ arasında yanvar ayının 13-də Azərbaycandan İrana qaz idxalının başlanmasına dair qısamüddətli alqı-satqı müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində Azərbaycan qış mövsümündə İrana sutkada 1,2 mln. kubmetr həcmində təbii qaz ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR