Bank Of Baku

Azərbaycan Rusiyaya qazın ixracını 4 dəfə artırır

Azərbaycan Rusiyaya qazın ixracını 4 dəfə artırır
# 21 yanvar 2010 13:04 (UTC +04:00)
«APA-Economics»in «Qazprom»un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin razılıq bu gün Moskvada ARDNŞ prezidenti Rövnəq Abdullayev və «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller arasında keçirilən görüşdə əldə edilib.

«Yanvarın 21-də Moskvada «Qazprom»un mərkəzi ofisində keçirilmiş görüşdə razılıq əldə olunub ki, 2010-cu ildə «Qazprom» Azərbaycandan ildə 500 mln. kubmetr deyil, 1 mlrd. kubmetr qaz alacaq. Gələn il isə bu həcm də artırılaraq 2 mlrd. kubmetrə çatdırılacaq», - deyə «Qazprom»un mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə Azərbaycan ilə Rusiya arasında enerji dialoqunun gələcəkdə də inkişaf etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Miller qüvvədə olan sazişdə Azərbaycandan alınan qazın maksimal həcm limitinin olmadığını vurğulayaraq «Qazprom»un ARDNŞ tərəfindən satışa çıxarıla biləcək bütün qazı almağa hazır olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, Azərbaycan qazının alınmasına dair saziş ARDNŞ ilə «Qazprom» arasında 2009-cu ilin oktyabrın 14-də imzalanıb və 2010-cu ilin yanvarın 1-dən artıq qazın nəqlinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR