Bank Of Baku

Astara Qaz Kompressor Stansiyasını elektrik enerjisi ilə təmin edən yarımstansiyada təmir başa çatıb

Astara Qaz Kompressor Stansiyasını elektrik enerjisi ilə təmin edən yarımstansiyada təmir başa çatıb
# 21 yanvar 2010 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Astara Qaz Kompressor Stansiyasını elektrik enerjisi ilə təmin edən yarımstansiyada təmir işləri başa çatdırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Təmir layihəçi çərçivəsində 110/35/10 kV-luq yarımstansiyadakı bölmədə 10 kV-luq 1 ədəd yuva və 35/10 kV-luq yarımstansiyadakı 7 ədəd 10 kV-luq yuva tamamilə dəyişdirilib, həmçinin sınaq sazlama işləri həyata keçirilib. Kompressor Stansiyasında əlavə olaraq 1 ədəd 10/0,4 kV-luq gərginlik tənzimləyicisi və 2 dəst UPS (sistemdə gərginlik saxlayıcı qurgu) quraşdırılıb. Avtonom ehtiyat mənbənin (dizel elektrik stansiyası) avtomatik qoşulma sxemi tənzimlənərək yanvarın 18-də istifadəyə verilib. Hazırda Kompressor Stansiyası fasiləsiz elektrik təchizatı ilə tam təmin olunur.

Qeyd edək ki, Astara Kompressor Stansiyasının enerji təchizatını yaxşılaşdırmaq üçün yarımstansiyada və elektrik verilişi xətlərində təmir işlərinə 2009-cı ilin oktyabr ayında başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR