Bank Of Baku

Azərbaycan ötən il sənaye istehsalını 21% azaldıb

Azərbaycan ötən il sənaye istehsalını 21% azaldıb
# 21 yanvar 2010 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 22,2 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib ki, 2008-ci illə müqayisədə bu göstərici 20,7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsal olunan sənaye məhsullarının 16,8 mlrd. manatlıq hissəsi və ya 75,7%-i mədənçıxarma, 4,2 mlrd. manatlıq hissəsi və ya 18,9%-i emal, 1,2 mlrd. manatlıq hissəsi və ya 5,4%-i isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində yaradılıb.

Hesabat ilində əsas sənaye məhsulları olan xam neftin həcmi 13,5% artaraq 50,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2008-ci ilin səviyyəsində qalaraq 16,3 mlrd. kubmetr olub.

Sənaye məhsulunun 4/5 hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Sənayedə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin məhsul istehsalı 2009-cu ildə 839,3 mln. manat olaraq, ümumi buraxılışın 3,8%-ni təşkil edib.

Bununla yanaşı, 2010-cu ilin əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 231,4 mln. manatlıq hazır məhsul ehtiyatı olub və son bir ayda 0,8 mln. manat artıb. Ehtiyatların daha çox hissəsi ölkənin iri şəhərlərinin – 66%-i Bakı, 9,9%-i Sumqayıt, 1,6%-i Gəncə, 1,1%-i Şirvan və 0,9%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 35,1 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR