Bank Of Baku

Ötən il Azərbaycanda işıq pulunun yığım səviyyəsi 88%-i ötüb

Ötən il Azərbaycanda işıq pulunun yığım səviyyəsi 88%-i ötüb
# 22 yanvar 2010 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda elektrik enerjisi haqlarının yığım səviyyəsi 88,1% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Ötən il enerji haqlarının yığımında ən yüksək göstərici Hacıqabul rayonu (106,9%), Şirvan şəhəri (106,4%), Zərdab rayonu (104,6%), Mingəçevir şəhəri (103%), Tərtər rayonu (102,3%), Tovuz rayonu (101,5%) və Samux rayonu (100,2%) üzrə qeydə alınıb.

Ən aşağı yığım isə Xaçmaz (71,8%), Ağdam (70,6%) və Quba (97,2%) üzrə müşahidə olunub.

Hesabat ilində Bakı şəhəri üzrə ümumi yığım faizi 90,1% təşkil edib. Bakı şəhəri üzrə ən yüksək yığım göstəricisi Səbail (99,4%), ən aşağı göstərici isə Sabunçu (74,3%) rayonlarında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR