Bank Of Baku

Ötən il Azərbaycanda qaz pulunun yığım səviyyəsi 74%-ə çatıb

Ötən il Azərbaycanda qaz pulunun yığım səviyyəsi 74%-ə çatıb
# 22 yanvar 2010 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda təbii qaz haqqının yığımı 73,7% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

İstehlak olunmuş təbii qazın dəyərinin ödənməsi üzrə rayonlar arasında ən yüksək göstərici Siyəzən (129%) və Yardımlı (101%), ən aşağı göstərici isə Hacıqabul (47,3%) və Neftçala (43,4%) rayonlarında qeydə alınıb.

Hesabat dövründə Bakı şəhəri üzrə yığım səviyyəsi 73,7% təşkil edib. Paytaxtın rayonları arasında yığımın səviyyəsinə görə ilk yeri Xətai rayonu (130%), sonuncu yeri isə Sabunçu rayonu (47,7%) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR