Bank Of Baku

Azərbaycan «Günəşli» yatağında daha bir quyu istismara verib

Azərbaycan «Günəşli» yatağında daha bir quyu istismara verib
# 22 yanvar 2010 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu günlərdə «Günəşli» yatağının 11-ci Dərin Dəniz Özülündən 179 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, təmir işləri «28 May» NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib. Quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan 3078-3125 metr intervaldan sutkada təxminən 40 ton neft, 15 min kubmetr qaz hasilatı ilə işləyir.

Qeyd edək ki, 1987-ci ildən istismarda olan 179 nömrəli quyudan indiyədək 978,6 min ton neft, 162 mln. kubmetr qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR