Bank Of Baku

Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri ilə bağlı konfrans keçiriləcək

Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri ilə bağlı konfrans keçiriləcək
# 22 yanvar 2010 12:13 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında «Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri» mövzusunda konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Artıq konfransın hazırlıq işlərinə başlanıb. Tədbirlər planı və müvafiq arayışlar hazırlanır, konfransda müzakirə olunacaq məruzə və təkiliflərin təqdim edilməsi üçün adidiyyatı dövlət orqanlarına, şəhərin müəssisə, idarə və təşkilatlarına müraciətlər edilib. Konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi təşkil olunacaq.

Qeyd edək ki, may ayında keçirilməsi nəzərdə tutulan tədbir bu mövzuda hər il təşkil olunan 9-cu elmi-praktik konfransdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR