Bank Of Baku

Tiflisdə Ninosminda yeraltı qaz anbarının layihələndirilməsi üzrə işlər planının təqdimat mərasimi keçirilib

Tiflisdə Ninosminda yeraltı qaz anbarının layihələndirilməsi üzrə işlər planının təqdimat mərasimi keçirilib
# 22 yanvar 2010 14:13 (UTC +04:00)
Tiflis. Nino Jvaniya - APA. Tiflisdə 2011-ci ildə Ninosminda yatağının yerində tikiləcək yeraltı qaz anbarının layihələndirilməsi üzrə işlər planının təqdimat mərasimi keçirilib.

APA-nın Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, tədbir tenderdə qalib gəlmiş Danimarkanın “Ramboll Oil&Gas” şirkəti və onun icraçı kompaniyası “KBB” tərəfindən təşkil olunub.

“Ramboll Oil&Gas” şirkətinin layihə direktoru Nils Ringe qaz anbarının layihələndirilməsi və öyrənilməsi planını təqdim edib.

Qeyd edək ki, “Gürcüstan Minilliyin Çağırışı” Fondu tenderdə qalib gəlmiş Danimarkanın “Ramboll Oil&Gas” şirkəti ilə 29 dekabr 2009-cu ildə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Danimarka şirkəti 12 ay ərzində yeraltı qaz anbarının tikintisinin layihəsini, həmçinin tammiqyaslı öyrənilməsini (texniki, geoloji, təbiəti mühafizə, iqtisadi, maliyyə, qanunvericilik və s. məsələlərin analizi) təqdim etməlidir. İşlərin dəyəri 3,4 mln. dollar təşkil edəcək. İşlərin yerinə yetirilməsini isə Gürcüstan Qaz Korporasiyası müşahidə edəcək.

Qaz anbarının ilkin həcmi 400 mln. kubmetr təşkil edəcək. Bu isə Gürcüstanın təcrid olunacağı halda, iki aylıq qaz ehtiyatına bərabərdir. Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib ki, gələcəkdə qaz anbarının tutumu 1,5 mln. kubmetrə çatdırılacaq. Son məqsəd isə bu rəqəmi 5 mlrd. kubmetrə çatdırmaqdır ki, o zaman da bu qaz anbarı regional əhəmiyyət kəsb edəcək.

Gürcüstan Neft-Qaz Korporasiyasının mətbuat katibi Tamar Şoşiaşvili bildirib ki, Ninosminda qaz anbarının tikintisi 2011-ci ildə başlanacaq və 2013-cü ildə başa çatacaq. Tikintinin hansı şirkət tərəfindn həyata keçiriləcəyi, layihənin hansı ölkə tərəfindən maliyyələşdiriləcəyi dövlət səviyyəsində həll olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR