Bank Of Baku

Ötən il Azərbaycanda neft kəmərləri ilə nəqletmə 14% artıb

Ötən il Azərbaycanda neft kəmərləri ilə nəqletmə 14% artıb
# 22 yanvar 2010 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 50,5 mln. ton neft nəql edilib ki, 2008-ci illə müqayisədə nəqletmənin həcmi 13,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il əzində bu kəmər vasitəsilə 38,2 mln. ton neft ötürülüb. İl ərzində BTC kəməri ilə Azərbaycan nefti ilə yanaşı, ölkə ərazisindən 1,9 mln. ton Qazaxıstan nefti də nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə 11,6 mln. ton və ya əvvəlki illə müqayisədə 2,5% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5,2 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR