Bank Of Baku

Azərbaycan prezidenti bp şirkətinin icraçı vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti bp şirkətinin icraçı vitse-prezidentini qəbul edib
# 22 yanvar 2010 19:31 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib. APA-nın “Azərtac” a istinadən verdiyi xəbərə görə, bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il bundan əvvəl Bakıya gəldiyini və ötən dövr ərzində çox böyük inkişafın şahidi olduğunu vurğulayıb.

“Əsrin müqaviləsi”nin imzalanmasından artıq 15 il ötdüyünü bildirən qonaq bu müddətdə ölkəmizdə qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu və böyük uğurlar qazanıldığını deyib. E. İnqlis bp şirkətinin ölkəmizlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Ötən il “Əsrin müqaviləsi”nin 15 illiyi münasibətilə mərasimlər keçirildiyini qeyd edən dövlət başçısı əldə olunan bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin dayandığını deyib. Prezident İlham Əliyev bildirib ki, əgər 15 il əvvəl başlanan enerji siyasəti həyata keçirilməsəydi, iqtisadiyyatın şaxələndirilməsi və sosial proqramların həyata keçirilməsi mümkünsüz olardı. bp şirkəti ilə əməkdaşlığa toxunan dövlət başçısı energetika sahəsində uğurlu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR