Bank Of Baku

Mozdok-Qazıməmməd magistral qaz kəmərində sızmanın qarşısı alınıb, Rusiyaya qazın nəqlinin sabah bərpa olunacağı gözlənilir

Mozdok-Qazıməmməd magistral qaz kəmərində sızmanın qarşısı alınıb, Rusiyaya qazın nəqlinin sabah bərpa olunacağı gözlənilir
# 22 yanvar 2010 20:50 (UTC +04:00)
Siyəzən Magistral Qaz Kəmərləri Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, sızma ilə əlaqədar ilk növbədə Rusiyaya qazın nəqli dayandırılıb, Quba və Xaçmaz rayonlarına isə qazın verilişi qismən məhdudlaşdırılıb.

Hadisə yerinə təcili olaraq Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin təmir briqadası göndərilib. Yanvarın 22-si axşam saatlarında təmir işləri başa çatdırılıb. Lakin havanın qaralması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülməsi mümkün olmadığından qazın nəqlinin bərpası sabah səhərə qədər təxirə salınıb. Əhaliyə qazın verilişinin sabah səhər saat 9.00-da bərpa olunacağı barədə yerli televiziya vasitəsilə məlumat verilib.

Sahədən verilən məlumata görə, Rusiyaya qazın nəqlinin bərpası idarənin səlahiyyətində olmadığından, bu məsələ ilə bağlı “Azəriqaz” Səhmdar Cəmiyyəti qərar verməlidir.

Buna baxmayaraq, texniki səbəblər aradan qaldırıldığından, Rusiyaya qazın nəqlinin də sabah bərpa olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR