Bank Of Baku

Yardımlı rayonunun Sırıq kəndi qazlaşdırılır

Yardımlı rayonunun Sırıq kəndi qazlaşdırılır
# 23 yanvar 2010 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu günlərdə Yardımlı rayonu ilə Sırıq kəndi arasında 6200 metr uzunluğundakı 89 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin tikintisi başa çatdırılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərini «Azərtikintiservis» ASC-nin 1№-li İxtisaslaşmış Təmir Tikinti İdarəsi həyata keçirib. Kəmər yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerin üzərindəki hissələr polad borularla çəkilib, qaz kəmərinin torpağın altından keçən hissələri isə yapışqanlı polimer lentlərlə tam gücləndirilmiş və korroziya əleyhinə izolyasiya ilə örtülüb.

Bundan başqa, Sırıq kəndində 2 ədəd qaz tənzimləyici şkaf da quraşdırılıb. Qeyd edək ki, orta təzyiqli qaz kəməri bu kənddə yerləşən 112 fərdi yaşayış evinin təbii qazla təchizatını həyata keçirəcək. Kəndarası paylayıcı qaz xətlərinin çəkilişi isə cari ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulub. Bu səbəbdən Sırıq kəndi ilə rayon mərkəzi arasında 89 mm-lik çəkilmiş yeni kəmər hələlik istismarda olan orta təzyiqli qaz kəmərinə birləşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR