Bank Of Baku

Quba, Qusar və Xaçmaz rayonlarına qaz verilişi bərpa olunub, Azərbaycandan Rusiyaya qaz nəqlinin isə yaxın saatlarda bərpa olunacağı gözlənilir

Quba, Qusar və Xaçmaz rayonlarına qaz verilişi bərpa olunub, Azərbaycandan Rusiyaya qaz nəqlinin isə yaxın saatlarda bərpa olunacağı gözlənilir
# 23 yanvar 2010 08:39 (UTC +04:00)
Qusar rayonu ərazisində yerləşən “Şirvaniovka” Qaz Ölçü Stansiyasından APA-nın şimal bürosuna verilən məlumata görə, Rusiyaya qaz ixracında da Azərbaycan tərəfdən hər hansı problem qalmayıb. Azərbaycan tərəfi mavi yanacağın nəql olunduğu Mozdok-Qazıməmməd kəmərinə qaz doldurub. Hazırda Rusiya tərəfi idxal qazını qəbul etmək üçün texniki hazırlıq işləri görür. Qaz nəqlinin yaxın saatlarda bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 21-də axşam saatlarında Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Quba rayonu Bəqrov kəndi ərazisində, Vəlvələçayın yatağından keçən hissəsində qaz sızması baş verib. Sızma ilə əlaqədar Rusiyaya qazın nəqli dayandırılıb, Quba, Qusar və Xaçmaz rayonlarına isə qazın verilişi məhdudlaşdırılıb.

Hadisə yerinə təcili olaraq Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin təmir briqadası göndərilib. Yanvarın 22-si axşam saatlarında təmir işləri başa çatdırılıb. Lakin havanın qaralması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülməsi mümkün olmadığından qazın nəqlinin bərpası yanvarın 23-nə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR