Bank Of Baku

Azərbaycandan Rusiyaya qaz nəqli bərpa olunub

Azərbaycandan Rusiyaya qaz nəqli bərpa olunub
# 23 yanvar 2010 09:14 (UTC +04:00)
Qusar rayonu ərazisində yerləşən “Şirvaniovka” Qaz Ölçü Stansiyasından APA-nın şimal bürosuna verilən məlumata görə, Rusiya tərəfi idxal qazını qəbul etmək üçün texniki hazırlıq işlərini başa çatdırdıqdan sonra mavi yanacağın ötürülməsinə başlanıb.

Quba, Qusar və Xaçmaz rayonlarına qaz verilişi isə bu gün saat 10.00-dan bərpa olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də APA-ya açıqlamasında qaz verilişinin bərpa olunduğunu təsdiqləyib.

Qeyd edək ki, yanvarın 21-də axşam saatlarında Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Quba rayonu Bəqrov kəndi ərazisində, Vəlvələçayın yatağından keçən hissəsində qaz sızması baş verib. Sızma ilə əlaqədar Rusiyaya qazın nəqli dayandırılıb, Quba, Qusar və Xaçmaz rayonlarına isə qazın verilişi məhdudlaşdırılıb.

Hadisə yerinə təcili olaraq Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin təmir briqadası göndərilib. Yanvarın 22-si axşam saatlarında təmir işləri başa çatdırılıb. Lakin havanın qaralması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülməsi mümkün olmadığından qazın nəqlinin bərpası yanvarın 23-nə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR