Bank Of Baku

Azərbaycanda bu il yeni alüminium zavodu açılacaq

Azərbaycanda bu il yeni alüminium zavodu açılacaq
# 25 yanvar 2010 09:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azəralüminium» ASC-nin fəaliyyəti müvəqqəti olaraq konservasiya edilir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məlumat verib.

K.Həsənovun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığı əsasında alüminium sənayesinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, Gəncə şəhərində 110 min ton istehsal gücünə malik yeni alüminium zavodunun tikintisi aparılır.

«Zavodun 50 min ton istehsal gücünə malik birinci korpusu cari ilin sonuna qədər istifadəyə veriləcək. Zavodun ikinci korpusu isə 2011-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır», - deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, hazırda dünya bazarında alüminiumun satış qiyməti 2300 dollar/ton civarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR