Bank Of Baku

Azərbaycan Naxçıvanda SES şəbəkəsini genişləndirəcək

Azərbaycan Naxçıvanda SES şəbəkəsini genişləndirəcək
# 25 yanvar 2010 11:59 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MR) yeni su eektrik stansiyalarının (SES) tikintisi imkanları araşdırılır. Naxçıvan MR Dövlət Energetika Agentliyindən APA-ya verilən məlumata görə, muxtar respublikada SES şəbəkəsini genişləndirməklə enerji ixracının həcminin daha da artırılması nəzərdə tutulur.

Hazırda Azərbaycanla İran Araz çayının hidroenerji potensialından istifadə üzrə müştərək texniki komissiyanın iclaslarında Culfa rayonun Gülüstan və Ordubad rayonunun Dəstə kəndləri arasında biri Azərbaycan, digəri İran tərəfdə olmaqla 2 yeni kanal tipli stansiyanın tikintisinə dair müzakirələr aparılır.

Bununla yanaşı, Naxçıvançay üzərində, Batabat zonasında da yeni SES-lərin inşası nəzərdə tutulur.

Agentlikdən o da bildirilib ki, Azərbaycanla İran arasında imzalanmış Ordubad və Marazad SES-lərin tikntisi haqqında razılaşmaya əsasən, bu il muxtar respublika ərazisində tikinti işlərinə başlanılması planlaşdırılır. Stansiyada hər birinin gücü 12 MVt olan 3 hidroaqreqatın quraşdırılması və il ərzində 190 mln. kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR