Bank Of Baku

«Ekol Mühəndislik Xidmətləri» ekoloji layihələrlə bağlı yeni sifarişlər alıb

«Ekol Mühəndislik Xidmətləri» ekoloji layihələrlə bağlı yeni sifarişlər alıb
# 26 yanvar 2010 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Ekol Mühəndislik Xidmətləri» QSC cari ildə ekoloji layihələrin həyata keçirilməsi üçün bir neçə sifariş alıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Səhmdar cəmiyyəti «Azneft» İstehsalat Birliyi ilə birgə Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi) bioremediasiya işləri aparacaq. Artıq yanvar ayında ərazidə ekoloji monitorinq işləri aparılıb, nəticəyə uyğun olaraq «Ekol»un torpaqların rekultivasiyası departamenti layihənin icrasına başlayıb. Əraziyə xeyli sayda işçi qüvvəsi və xüsusi texnika cəlb edilib. Layihənin icra müddətində Z.Tağıyev adına NQÇİ-nin 9 hektara yaxın mədən ərazisində bioremediasiya və yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.

Cari ilin I rübündə «Ekol» tərəfindən bir sıra neft və qaz çıxarma idarələrinin mədən ərazilərində də bioremediasiya və yaşıllaşdırma layihələrinin icrasına başlanacaq.

Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə yaradılıb. Müəssisə Azərbaycanda və ölkədən kənarda sənaye çirkab, fekal, lay sularını təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-notrmativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsi işləri ilə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR