Bank Of Baku

Bakı buxtasının təmizlənməsi üçün yeni gəmilər tələb olunur

Bakı buxtasının təmizlənməsi üçün yeni gəmilər tələb olunur
# 26 yanvar 2010 10:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı buxtasında dənizin dibinin tullantılardan təmizlənməsi üçün yeni gəmilərin alınmasına ehtiyac var. «APA-Economics»in məlumatına görə bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, hazırda Bakı və Bibiheybət buxtalarının təmizlənməsi prosesi davam etdirilir. Dənizin dibindəki batmış gəmilər və digər metal tullantıları oradan çıxarılır.

ARDNŞ rəsmisi əlavə edib ki, buna paralel olaraq dənizdəki köhnə, istismar müddəti bitmüş estakadalar da sökülərək sahilə gətirilir. Bu günədək dənizdən 32 min ton, qurudan isə 42 min ton dəmir platformalar, gəmilər sökülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR