Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Qaradağ rayonundakı tullantı mərkəzini modernləşdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti Qaradağ rayonundakı tullantı mərkəzini modernləşdirəcək
# 26 yanvar 2010 11:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) istehsalat tullantılarının idarə olunması layihəsi üzərində işləyir. «APA-Economics»in məlumatına görə? bunu ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, bu layihə üzrə Qaradağ rayonu ərazisində yerləşən tullantı mərkəzinin modernləşdirilməsi işlərini həyata keçirən şirkətin seçimi üçün tender keçirilir. Yaxın vaxtlarda tenderin yekunlaşdırılması və qalibin elan edilməsi planlaşdırılır.

Şirkət rəsmisi bildirib ki, seçim zamanı bu sahədə təcrübəsi olan şirkətə üstünlük veriləcək. ARDNŞ bu mərkəzdə tullantıların emalı və təkrar istifadəyə qaytarılmasını təmin etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR