Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Euro-5 standartına uyğun neft məhsulları istehsal etməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti Euro-5 standartına uyğun neft məhsulları istehsal etməyi planlaşdırır
# 26 yanvar 2010 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istehsal etdiyi neft məhsulları Euro-2 standartına uyğundur. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, ARDNŞ rəsmi səviyyədə istehsal etdiyi neft məhsullarının bu standarta uyğun gəldiyini bəyan edib. Hazırda şirkət məhsulun keyfiyyətini daha da yüksəltmək üçün layihələr üzərində işləyir.

«Biz qarşımıza daha ciddi məqsədlər qoymuşuq. Məsələn, Euro-5 standartına uyğun məhsul istehsalını hədəfləyirik», - deyə M.Babayev əlavə edib.

M.Babayev onu da əlavə edib ki, ARDNŞ-in istehsal etdiyi məhsulların keyfiyyətinə ciddi nəzarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR