Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun loqosu hazırlanıb - FOTO

Azərbaycan Dövlət Neft Fondunun loqosu hazırlanıb - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun loqosu hazırlanıb. «APA-Economics» xəbər verdiyi kimi, bu gün loqonu KİV nümayəndələrinə təqdim edən Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, loqoda Neft Fondunun fəaliyyətinin tərkib hissəsi olan Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əlində qiymətli obyekt tutan insan təsvir edilib.

«İnsanın əlləri iki «buta» şəklində təsvir edilib ki, bu da milli çalarları əks etdirir. Əllərin arasındakı məsafə bir növ özündə «hər şeyi görən gözü» simvolizə edir. Baxışlar qurulmasında Neft Fondunun fəal iştirak etdiyi ölkənin və xalqın böyük gələcəyinə yönəlib», - deyə Ş.Mövsümov vurğulayıb.

Ş.Mövsümov əlavə edib ki, eyni zamanda, bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlib: «Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Neft Fondunun şəffaf fəaliyyətinin simvoludur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR