Bank Of Baku

Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı sənəd hazırlanır

Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı sənəd hazırlanır
# 26 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Artıq bu ilin ortalarında Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı xüsusi sənəd təsdiqlənə bilər. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi İqtisadi siyasət analizi və proqnozlar Departamentinin direktoru Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən sözügedən sənəd üzərində iş aparılır: «Bu ilin iyun ayında işlərin başa çatdırılacağı və sənədin dövlət başçısına təqdim olunacağı gözlənilir. Sənəd təsdiqləndikdən sonra artıq strategiyanın icrasına başlanacaq».

A.Muradov onu da qeyd edib ki, yeni strategiya planı əsasən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən qeyri-neft məhsullarının ixracının inkişaf etdirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR